image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-30backend

Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

image-728x90px

Salyan rayon sakinindən külli miqdarda tiryək və heroin götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əbülfəz Cavadov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı təmiz çəkisi 315 qram olan tiryək və 28 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki