image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220921-wa0042backend

Satqınlar üçün Vətən anlayışı yoxdur

image-728x90px

Azərbaycan dövlətinin qətiyyəti, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Zəfər tarixini yazdı. Dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsinə qədər 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında hansı gücə, qüdrətə malik olduğunu təcavüzkar Ermənistana və ona havadarlıq edən dövlətlərə  nümayiş etdirmişdi. Artıq iki ilə yaxındır ki, möhtəşəm Qələbəmizin yaratdığı reallıqları yaşayırıq. Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmaq istəyini ortaya qoyaraq sülh müqaviləsinin imzalanmasını təklif etdi.

Baxmayaraq ki, tarixi Qələbəmizin dünyaya təqdimatı və təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın   imzalanmasından iki ilə yaxın vaxt keçib, Ermənistan hələ də konkret addım atmaq fikrində olmadığını seyrci mövqedə dayanmağı ilə təsdiqləyir. Azərbaycanın yaratdığı gündəliyin beynəlxalq platformalarda dəstəkləndiyi bir zamanda Ermənistanın sülh müqaviləsini imzalamamaq üçun müxtəlif vasitələrə əl atması, təxribatlar törətməsi rəsmi Bakının dünyaya bir çox mesajlar səsləndirməsinə səbəb olur.

Bu günlərdə cənab  İlham Əliyevin fəxri qonaq  qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin  Sammitində səsləndirdiyi “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur” bəyanatı da özündə bütün məqamları ehtiva edir. Ermənistan silahlı qüvvələri tərəfindən  sentyabrın 12-dən 13-ə keçən gecə  Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədildi. Azərbaycan Ordusunun 7 saat davam edən “Qətiyyətli cavab” əməliyyatı Ermənistana  bir daha yerini göstərdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İham Əliyev bütün çıxışlarında bu çağırışı edir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmasınlar. Sentyabrın 13-də Prezident İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirərək bir daha bildirildi ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın hər zaman olduğu kimi, bu gün də törətdiyi təxribatı ört-basdır etmək üçün etdiyi cəhdlərə daxili bədxahlarımızın dəstək olması  ikrah doğurur. Azərbaycanı təcavüzkar ölkə kimi təqdim edən bu ünsürlərin başı öz şəxsi ambisiyalarına, xarici dayılarının sifarişlərini yerinə yetirərək onlardan böyük məbləğdə vəsait qoparmağa elə qarışıb ki, Azərbaycan vətəndaşı olduqlarını unudur, mənəviyyatsızlıqları ilə diqqətdə olmaqdan utanc hissi keçirmirlər. Vətən oğullarımız Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün canlarından keçir, “düşmən dəyirmanına su tökən” əli kərimlilər, altay göyüşovlar, arif hacılılar, tofiq yaqublular, gültəkinlər və onlarla eyni əqidənin sahibləri Azərbaycanı təcavüzkar siyasət həyata keçirməkdə ittiham edirlər.

Xalqımız radikallığı özləri üçün böyük xoşbəxtik hesab edən satqınların   belə ikrah doğuran, ictimai qınağa səbəb olan əməllərinin hər zaman şahidi olur. Onlar üçün Vətən anlayışı  yoxdur, şəxsi ambisiyaları naminə hər çirkin yola əl atmağa hazırdılar. AXCP sədrinin istər partiya daxilində, istərsə də ümumilikdə müxalif düşərgədə qazandığı imic, “siyasətdə əbədi dost yox, əbədi maraqlar olur” deyib üzdə dost görüntüsü yaratdıqarına qarşı arxada cızdığı ssenariləri  sadalamaqla bitməz.

Onun 30 illik işğal dövründə Qarabağ münaqişəsi, Azərbaycan ordusu ilə bağlı şərhlərinin Ermənistan mətbuatında yer alması məlum olaylardandır. Hakimiyyətə gəldiyi təqdirdə Qarabağı Ermənistana hədiyyə edəcəyi vədini verən bir xəyanətkardan nəsə müsbət yanaşma gözləmək sadəlövlük olar. Azərbaycan Ordusunun qüdrətinin  Ermənistanla yanaşı, daxili bədxahlarımız tərəfindən də qısqanclıqla qarşılanması onlarda erməni sevgisinin nə qədər böyük olduğunu təsdiqləyir.

Reallıq budur ki, Azərbaycan qalib ölkədir. 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Azərbaycan ərazi bütövlüyümüzə qarşı hər bir addımın qarşısını qətiyyətlə alır və alacaq. Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü daxili bədxahlarımızın həzm edə bilməməsi mənəviyyatsızlıqlarının, simasızlıqlarının nümayişidir.  Vətənə xəyanət yolunu tutanlara “Ar olsun!” deyirik.

Nihad Pənahov

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki