image-n1karobka_ads
image-123
image-1677838680_sehidbackend

Şəhid ailəsi üzvlərinə üstünlük veriləcək

image-ad_qayo_720x110px

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsində minimum tələbi ödəyən şəhid ailəsi üzvləri vakant yerləri ilk olaraq seçə biləcəklər.

Doğru.az xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən  verilən məlumata görə, namizədlər iyulun 26-sı saat 11:00-dan 27-si saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

Test imtahanından keçid balı toplamış namizədlər 8 vakant yer seçmək hüququna malikdir. Yerləşdirmə isə namizədlərin elektron ərizədə göstərdikləri seçim ardıcıllığına uyğun həyata keçiriləcək.

Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlər növbəti seçim mərhələlərində iştirak edə bilməyəcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki