image-2000x150px
image-123
image-ads_atlas
image-308543328_776435560251241_9111230954353355143_nbackend

Şəhid Səbuhi Əhmədovun qardaşı: “Yeddi gün müalicə aldı, sonra dedi ürəyim partlayır…” – FOTO

image-728x90px

“Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, fərqlənmə nişanı vermişdilər”.

Bu sözləri sentyabrın 12-13-də Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndində böyüyən Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, müharibə başlayanda qardaşın da döyüşlərdə ön sırada gedirdi:

“Suqovuşanda, Zəngilanda, Ağdərə, Füzulidə döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görən hardadır, necədir? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı Səbuhi. 7 gün müalicə aldı, sonra dedi ürəyim partlayır, dayana bilmirəm. Zəngilana getdi. Döyüş zamanı maşında sıxışıb qalan silahdaşını xilas edərkən, əlini yandırmışdı. Ağdərə istiqamətində də baş nahiyəsindən qəlbə yarası almışdı. Səbubi 44 günlük Vətən müharibəsində 4 medal ilə gəlmişdi”.

Sənan deyir ki, qardaşı ilə bağlı məlumat ala bilməyən günlərdə xəbər gəlmişdi ki, Səbuhinin tağımından şəhidlər var:

“Çox qorxurdum ki, qardaşıma da nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Çətindi zəng edib soruşmaq ki, “mənim qardaşımın nəşi gəlib?” Sonra mənlə əlaqə saxladı, dedi, yaxşıyam. Vətən müharibəsindən sağ-salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir”./oxu.az

image-308516078_1388591101683554_1810764053962540525_n

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki