Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 27 sentyabr saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla anılıb.
Doğru.az xəbər verir ki, həmin an dövlət bayraqları endirilib, nəqliyyat hərəkəti dayanıb və avtomobillər səs siqnalı verib.
Prezident İlham Əliyevin 2020-ci il sərəncamına əsasən, 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü elan edilib. Bu gün bütün şəhər və rayonlarda, eləcə də azad edilmiş torpaqlarda xatirə mərasimləri keçirilib.
DOĞRU.AZ