Şəki rayonuna cari il ərzində 21 mindən çox turist səfər edib.
Doğru.az xəbər verir ki, bu barədə Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov rayonun qış turizm potensialına həsr olunan media-tur zamanı məlumat verib. Onun sözlərinə görə, göstərilən rəqəm yalnız rayondakı hotellərdə gecələyən turistləri əhatə edir, digər yerləşmə obyektləri nəzərə alınsa, ümumi turist sayı daha yüksəkdir. Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir, onlardan 1-i beş ulduzlu, 6-sı üç ulduzlu, 1-i isə iki ulduzlu hoteldir.
Şahin Məlikov əlavə edib ki, regionda turizm sahəsində sahibkarlığın inkişafı dövlət nəzarəti və dəstəyi altında həyata keçirilir. Sahibkarlara aşağı faizli kreditlər, müxtəlif imtiyazlar və Dövlət Turizm Agentliyinin dəstəyi ilə mütəmadi infoturlar təşkil olunur.
DOĞRU.AZ




























