image-ads_n1karobka_mobile
image-4cf508e3-4378-31f6-be56-c8b0a9510c0b_850backend

Şəmkirdə 33 yaşlı kişi bıçaqlanıb 

Şəmkir rayonunda yerli sakin naməlum şəraitdə bıçaq xəsarəti alıb.

Rayonun Qaracəmirli kənd sakini, 1989-cu il təvəllüdlü T.Yusifov naməlum şəraitdə bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki