image-n1karobka_ads
image-123
image-b2b86a7e-c356-3d6f-896c-cebf8221c648_850backend

Şəmkirdə ofisdən və mağazalardan oğurluq edilib

Şəmkir rayonunda 2 mağaza və 1 ofisdən oğurluq edilib, saxlanılan var.

Müxtəlif vaxtlarda rayon ərazisindəki mağazaların birindən 1 190 manat pul, 5 ədəd mobil telefon, noutbuk və məişət əşyaları, digər mağazadan noutbuk, tütün məmulatı, bir ofisdən isə noutbuk oğurlanıb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Rəhimov saxlanılıb.

Qeyd edək ki, M.Rəhimov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki