Milli Hidrometeorologiya Xidmətindən verilən Doğru.az-a məlumata görə, ölkənin bəzi bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Qusarda 14 mm, Şabran və Qubada 3 mm, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə isə 1 mm yağıntı qeydə alınıb.
Şimal-qərb küləyi bir sıra ərazilərdə əsir; maksimal sürət Bakıda və Abşeron yarımadasında 26 m/s, Neftçalada 20 m/s, Culfada 17 m/s, Şabran və Naftalanda 16 m/s, Şahbuzda isə 15 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3 metr təşkil edir.
DOĞRU.AZ