image-n1karobka_ads
image-123
image-68bbf1d70b1d968bbf1d70b1da175714760768bbf1d70b1d768bbf1d70b1d8backend

Sentyabrın 16-na hava proqnozu

image-ad_qayo_720x110px

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Doğru.az xəbər verir ki, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək, gündüz isə cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə ediləcək. Doğru.az bildirir ki, gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan, hətta dolu ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Temperatur gecə 15-18, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz isə 7-12 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki