Serbiyanın bir neçə şəhərində tələbələrin etiraz aksiyaları keçirilir.
Doğru.az xəbər verir ki, iğtişaşların əsas mərkəzi Serb Tərəqqi Partiyasının ofislərinin yerləşdiyi küçələrdir. Novi Sad şəhərində bir polis əməkdaşı yaralanıb.
Hüquq-mühafizə orqanları Belqradda Pioner parkı yaxınlığında etirazçılarla hökumət tərəfdarları arasında toqquşmaların qarşısını almağa çalışır.
Bundan əvvəl Serbiya prezidenti Aleksandar Vucic Belqradda administrasiya binası yaxınlığında keçirilən etiraz aksiyalarında tərəfdarlarını dəstəkləməyə gəlib.
DOĞRU.AZ