İyunun 19-25-də keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarında iştirakçıların şəxsiyyətinin müəyyən olunması üçün “SİMA”nın biometriya texnologiyasından istifadə olunub.
Doğru.az xəbər verir ki, imtahana gələn müəllimlərin kimliyi SİMA-nın KYC (Müştərini Tanı) rəqəmsal həlli ilə, üztanıma texnologiyası əsasında yoxlanılıb.
“AzIntelecom”un məlumatına görə, imtahanda iştirak edən 23 434 nəfərdən 16 minə yaxın müəllimin şəxsiyyəti “SİMA KYC” ilə uğurla identifikasiya olunub. Bu texnologiya prosesi daha çevik, şəffaf və təhlükəsiz formada idarə etməyə imkan verib.
SİMA-nın bu həlli rəqəmsal texnologiyaların təhsil sahəsində də uğurla tətbiq oluna biləcəyini göstərib.
DOĞRU.AZ