image-2000x150px
image-123
image-ads_atlas
image-1200x800backend

Səudiyyə Ərəbistanı Avropaya neft ixracını iki dəfə artırıb

image-728x90px

Səudiyyə Ərəbistanının sentyabrda Avropaya neft ixracı iki dəfə artıb.

Bunu ölkənin energetika naziri Əbdüləziz bin Salman Əl Səud oktyabrın 25-də Ər-Riyadda Gələcək İnvestisiya Təşəbbüsünün altıncı konfransında bildirib.

Onun sözlərinə görə, ötən ay ixracın həcmi sutkada 950 min barel təşkil edib.

Əl Səud onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı ehtiyacı olan bütün ölkələri neftlə təmin etməyə hazırdır.

Xatırladaq ki, oktyabrın 25-də Səudiyyə Ərəbistanında Gələcək İnvestisiya Təşəbbüsünün altıncı konfransının açılışı olub. Konfrans oktyabrın 27-dək davam edəcək. Konfransda 6000-ə yaxın şirkət rəhbərləri, siyasətçilər, investorlar və sahibkarlar iştirak edir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki