image-ads_n1karobka_mobile
image-seyf-ogurluqbackend

  Sexdən 20 min manatlıq oğurluq edildi

Bakıda sexdən 20 min manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə şəhər ərazisində yerləşən firmaların birinin istehsal sexindən 20 min manat dəyərində mis naqillərin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Dilavər Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki