image-2000x150px
image-123
image-ads_atlas
image-1663685414_untitled-1backend

Seymur Orucov qazilərimizi ziyarət etdi – FOTOLAR

image-728x90px

Dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alan zaman yaralanan hərbçilərimiz  ziyarət olunublar

12-14 sentyabr 2022-ci il tarixində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatının qarşısını alan zaman yaralanan ağstafalı hərbçilərimiz Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və ziyalıları tərəfindən ziyarət olunublar.

Mərd oğullarımızın ailələrinin qayğıları ilə maraqlanılır və mütəmadi olaraq əlaqə saxlanılır. Ailə üzvləri onlara, övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Məlumat üçün qeyd edək ki, Ağstafa rayonundan olan beş nəfər yaralı hərbi qulluqçumuzdan birinin müalicəsi yaşadığı ünvanda, dördünün müalicəsi isə Bakı şəhərində yerləşən tibb müəssisələrindən birində davam etdirilir.

Vətən üçün döyüş meydanında sücaət göstərərək yaralanan qəhrəman hərbçilərimizin yüksək səviyyədə müalicəsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər icra olunur. Onların hər birinin sağlığına qovuşması üçün gecə-gündüz səy göstərən peşəkar həkimlərimizin sayəsində tez bir zamanda şəfa tapmasını diləyirk!

image-1663685490_media-yaralilari-ziyaret-19-09-2022-8-qzmpthoue4y8lvirxf62 image-1663685499_media-yaralilari-ziyaret-19-09-2022-9-fw3ac8uo6erj10b9sq4g image-1663685485_media-yaralilari-ziyaret-19-09-2022-10-mgi13qfnlvthzb79ces6 image-1663685479_media-yaralilari-ziyaret-19-09-2022-11-0yjalhio3m1wp96x42t7

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki