image-n1karobka_ads
image-123
image-img-20250902-wa0015backend

Səyyar “ASAN xidmət” müxtəlif rayonlarda fəaliyyət göstərəcək

image-ad_qayo_720x110px

Səyyar “ASAN xidmət” sentyabr ayında Xızı, Horadiz, Qazax, Şirvan, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağdaş, Xırdalan və Cəbrayılda vətəndaşlara xidmət göstərəcək.

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə, səyyar xidmətin əsas məqsədi dövlət xidmətlərini vətəndaşlara daha rahat və əlçatan formada təqdim etməkdir.

Səyyar “ASAN xidmət” avtobusları həftə içi 5 gün, saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Nahara fasilə saat 13:00-14:00 arasındadır. Füzuli rayonunun Horadiz şəhərində, Cəbrayıl və Xızı rayonlarında iş qrafiki saat 11:00-dan 17:00-dəkdir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat üçün 108 daxili nömrəsinə 3 yığaraq Çağrı mərkəzinə müraciət edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki