image-n1karobka_ads
image-123
image-media-channels4_profile-7wl2v1bhucs9jy0miorx-620x326-1backend

“SHOW PLUS TV”də yeni rəhbərlik – FOTO

image-add-a-heading

Azərbaycan Respublikasının audiovizual media sahəsində qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, Audiovizual Şuranın rəyi əsasında Zamiq Əli oğlu Yunisov “SHOW PLUS TV” kanalına direktor vəzifəsinə təyin olunub. Rəsmi təyinat “SHOW PLUS TV”-nin fəaliyyətinin daha səmərəli təşkili, idarəetmə mexanizmlərinin gücləndirilməsi, proqram və yayım siyasətinin mövcud normativ-hüquqi tələblərə uyğunlaşdırılması məqsədini daşıyır.

Zamiq Yunisov media və televiziya sahəsində uzunillik peşəkar təcrübəyə malikdir. O, müxtəlif dövrlərdə media qurumlarında və layihələrdə rəhbər və icraedici vəzifələrdə çalışmış, audiovizual media sahəsində idarəetmə və təşkilati bacarıqlarını praktik fəaliyyəti ilə təsdiqləmişdir.

Doğru.az xəbər verir ki, digər təyinatla kanalın Baş redaktoru vəzifəsinə əməkdar jurnalist Telman Nəzərli (Məmmədov) gətirilib. Telman Nəzərli bu təyinatadək müxtəlif dövlət qəzetlərində, AZTV və İctimai TV-də baş redaktor, departament rəhbəri və digər vəzifələrdə çalışıb. Yeni rəhbərlik dövründə “SHOW PLUS TV”də yayım keyfiyyətinin artırılması, proqram siyasətinin milli media maraqlarına uyğun formalaşdırılması, struktur idarəetmənin təkmilləşdirilməsi və kadr potensialının daha səmərəli istifadəsi əsas prioritetlər kimi müəyyən edilib.

DOĞRU.AZ

image-media-img_20260123_212952-6xeglru50s1vwpifm8oc image-media-img_20260123_212652-m4w9r7uqe8tc0v5gsy6b

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki