image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-02-09t083701z_492645408_rc2k7z9yx5oz_rtrmadp_3_northkorea-military-anniversary-parade-pic_32ratio_900x600-900x600-50920backend

Şimali Koreya əsgərləri təsadüfən Cənubi Koreya ərazisinə daxil olublar

image-728x90px

İyunun 9-da Cənubi Koreya hərbçiləri sərhədin mərkəzi hissəsindəki demilitarizasiya zonasında hərbi demarkasiya xəttini müvəqqəti keçən təxminən 20 Şimali Koreya əsgərinə bir sıra xəbərdarlıq atəşi açıb. 

Ehtimal olunur ki, Şimali Koreyalılar hərbsizləşdirilmiş zona daxilində missiya yerinə yetirərkən səhvən sərhədi keçiblər.

Cənubi Koreya hərbçilərinin xəbərdarlıq atəşi və radio verilişlərindən sonra əsgərlər Şimali Koreya ərazisinə qayıdıblar. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü qeyd edib ki, Şimali Koreyalıların Cənubi Koreya ərazisini işğal etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki