Bir neçə onlarla Skandinaviya şirkəti Rusiya bazarını tərk etməkdən imtina etdiyinə görə Amerikanın qənnadı şirkəti Mondelez International ilə işləməkdən imtina edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Mondelez International, Oreo, Mars Alpen Gold, Milka, Toblerone, Barny, Halls, Tuc və digər brendlərin sahibidir.
Reuters-in məlumatına görə, Mondelezə qarşı korporativ boykot SAS və Norwegian Air, SJ rail qrupu, Strawberry otellər şəbəkəsi, Elkjop, Fjord Line gəmiçilik qrupu, Norveç Futbol Assosiasiyası və bir çox başqa şirkətləri əhatə edir.
Agentlik qeyd edir ki, MI yerli şokolad istehsalçıları Freia və Marabou sayəsində Norveç və İsveçdə güclü kök salıb. Boykot fonunda şirkət yerli biznesini qorumaq üçün iyunun 11-də Norveç hökumətinə müraciət edib.
Mənbə: Reuters