image-n1karobka_ads
image-123
image-695f933b02e8bd76e758a679backend

SON DƏQİQƏ: ABŞ əleyhinə kütləvi mitinqlər keçirilir

image-ad_qayo_720x110px

Kolumbiyanın bir neçə şəhərində genişmiqyaslı ABŞ əleyhinə etiraz aksiyaları baş tutub.

Doğru.az xəbər verir ki, ölkə sakinləri ABŞ-ın regiondakı siyasətinə və son bəyanatlarına etiraz edərək küçələrə çıxıblar. RT-nin Telegram kanalı etirazçıların bannerlərindən birində yazılan şüarı sitat gətirib: “Rədd olun buradan, ey iyrənc Yankilər! Biz layiqli insanlarıq”.

Məlumata görə, etirazlar ölkə prezidenti Qustavo Petronun çıxışından sonra başlayıb. İnsanlar əllərində məşəllər, musiqi alətləri və plakatlarla yürüş edərək Kolumbiyanın suverenliyinin qorunmasını tələb ediblər. Petro ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra xalqı ölkənin müstəqilliyini müdafiə etməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Kolumbiya prezidentini narkotik istehsalı və satışı ilə bağlı ittiham etmiş, həmçinin ölkəyə qarşı hərbi əməliyyat ehtimalını istisna etməmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki