image-ads_n1karobka_mobile
SON DƏQİQƏ: Ermənistan təslim olub? – Paşinyan az öncə yazdı…backend

SON DƏQİQƏ: Ermənistan təslim olub? – Paşinyan az öncə yazdı…

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

Doğru.az xəbər verir ki, bu barədə o özünün “Facebook”dakı səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, – deyə o qeyd edib.

//Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki