image-n1karobka_ads
image-123
image-17516370524993352488_1200x630backend

Son üç ildə bağçalara 800-ə yaxın tərbiyəçi və 80-dən çox direktor təyin edilib

2024–2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin hesabatına əsasən, son üç il ərzində məktəbəqədər təhsil müəssisələrinə 800-ə yaxın tərbiyəçi-müəllim və 81 direktor təyinat alıb.

Doğru.az xəbər verir ki, bu dövr ərzində məktəbəqədər sahədə kadr potensialını gücləndirmək məqsədilə 10 minədək pedaqoq üçün ixtisasartırma proqramları həyata keçirilib.

Eyni zamanda, metodistlərin işə qəbulu üzrə keçirilən seçim mərhələsində 40 namizəd uğur qazanıb, onlardan 20-si vəzifəyə təyin olunub.

Bu addımlar məktəbəqədər təhsilin keyfiyyətinin artırılması və idarəetmə strukturunun təkmilləşdirilməsinə yönəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki