image-2000x150px
image-123
image-ads_atlas
image-ria_6624789-pic_32ratio_900x600-900x600-25599-1backend

Srpska ilin sonuna qədər Rusiya Federasiyasından qaz tədarükü haqqında saziş imzalamağı gözləyir

image-728x90px

Srpska Respublikasının (Bosniya və Herseqovinanın tərkibində olan qurum) baş naziri Radovan Viskoviç bildirib ki, 2023-cü ilin sonuna qədər Rusiyadan uzunmüddətli qaz tədarükünə dair saziş imzalanacaq.

O, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

Siyasətçinin sözlərinə görə, belə bir sazişin bağlanmasının təsdiqi Rusiya baş nazirinin müavini Aleksandr Novakla “Qazprom” rəhbərliyinin də iştirak etdiyi görüş zamanı alınıb.

Eyni zamanda, Viskoviç qeyd edib ki, Rusiya qazının Serb Respublikasına nəqli marşrutları məsələsi mürəkkəbdir. Xüsusilə, qaz Ukrayna ərazisindən keçməklə Macarıstana, Bolqarıstan vasitəsilə Serbiyaya gedir. Bununla əlaqədar olaraq, respublikanın Serbiyadan tikilməkdə olan kəmər vasitəsilə qaz alacağı gözlənilir.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki