SSRİ xalq artisti Marina Kondratyeva 90 yaşında vəfat edib.
Bu barədə TASS-a Kondratyevanın prima balerina olduğu Rusiyanın Dövlət Akademik Böyük Teatrında (SABT) məlumat verilib.
“SSRİ-nin xalq artisti, prima balerina və Böyük Teatrın müəllimi Marina Viktorovna Kondratyeva bu gecə 90 yaşında dünyasını dəyişdi”, – Böyük Teatrın mətbuat attaşesi Katerina Novikova bildirib.
O əlavə edib ki, vida və dəfn tarixləri ilə bağlı daha sonra məlumat veriləcək.
Bundan əvvəl Udmurtiyanın xalq artisti Marina Kuznetsovanın vəfat etdiyi barədə məlumat yayılmışdı.
DOĞRU.AZ