Finlandiya Prezidenti Alexander Stubb bildirib ki, Avropanın Ukraynaya ehtiyacı, Ukraynanın Avropaya olan ehtiyacından daha böyükdür.
Editor.az xəbər verir ki, bu fikirlər Clash Report teleqram kanalı tərəfindən yayılıb.
Onun sözlərinə görə, Avropa İttifaqının Ukraynaya ehtiyacı var, çünki Kiyevin NATO-ya üzv ölkələrin malik olmadığı real döyüş təcrübəsinə sahib silahlı qüvvələri mövcuddur.
Finlandiya Prezidenti qeyd edib: “Ukraynanın hazırda sahib olduğu ən etibarlı təhlükəsizlik zəmanəti, digər NATO ölkələrindən fərqli olaraq, müasir müharibə aparmaq qabiliyyətinə malik 800 min hərbçidən ibarət güclü ordusudur. Buna görə də hesab edirəm ki, vəziyyət həqiqətən dəyişib. Biz avropalılar anlamalıyıq ki, Ukraynaya bizim ehtiyacımız, onların bizə ehtiyacından daha çoxdur”.
Stubb həmçinin Ukraynada sülh sazişinin mümkünlüyü ilə bağlı əvvəllər həddindən artıq nikbin mövqedə olduğunu, lakin artıq fikrinin dəyişdiyini də vurğulayıb.
DOĞRU.AZ

























