image-2000x150px
image-123
image-ads_atlas
image-yolbackend

Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verildi – FOTOLAR

image-728x90px

Bu gün Sulutəpə dairəsində inşa edilmiş yeni yol qovşağının açılışı olub.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Doğru.az”a verilən məlumata görə, yeni inşa edilən qovşaq 2 yol ötürücüsündən ibarətdir.

Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb. 600 metrdən çox istinad divarları inşa olunub.




image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki