image-ads_n1karobka_mobile
“Sumqayıt” – “Qəbələ” matçının vaxtı açıqlandıbackend

“Sumqayıt” – “Qəbələ” matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının XI turundan təxirə salınmış “Sumqayıt” – “Qəbələ” matçının tarixi bəlli olub.

Doğru.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 30-da olacaq.
“Kapital Bank Arena”dakı görüş saat 16:00-da başlayacaq.


Qeyd edək ki, noyabrın 27-də keçirilməli olan matç bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki