Suriya və digər ölkələrlə sərhəddə olan İraq qoşunları tam döyüş hazırlığı vəziyyətindədir.
Bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul bildirib.
“Qoşunlar tam döyüş hazırlığı vəziyyətindədir” deyə INA agentliyi onun sözlərindən sitat gətirir.
Bundan əlavə, o qeyd edib ki, İraq Livana yardım göstərməkdə, həmçinin livanlıları qəbul etməkdə davam edir. Rəsulun sözlərinə görə, 24 saat ərzində ölkəyə yaralılar da daxil olmaqla 144 qaçqın gəlib.
Daha əvvəl bildirilmişdi ki, bir milyona yaxın Livan sakini İsrailin atəşi nəticəsində sentyabrın 23-dən bəri qaçqın vəziyyətinə düşüb.
Mənbə INA agentliyi