image-ads_n1karobka_mobile
image-675e8bfe02e8bd3bc4146a31backend

Suriya müxalifətinin lideri İsraili haqsız hücumda ittiham edib

image-add-a-heading

İsrail hakimiyyəti Suriyaya hücumlarına haqq qazandırmaq üçün saxta bəhanələrdən istifadə edir. Bu, Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə gətirib çıxarır.

Bu bəyanatla Suriya silahlı müxalifətinin lideri Əbu Məhəmməd əl-Culani Suriya televiziyasında çıxış edib.

“İsrailin arqumentləri zəifdir və artıq onların son pozuntularına haqq qazandırmır”, – deyə İnterfaks onun sözlərini sitat gətirib .

Şənbə günü, dekabrın 14-də Suriya müxalifətinin liderinin bir sıra ölkələrlə müdafiə sazişləri bağlamaq planlarını açıqladığı bildirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki