Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 21-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün elektron imtahanlar korpusunda növbəti test imtahanını keçirib.
Doğru.az bildirir ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında 1492 nəfər iştirak edib və onlardan 1179-u tələb olunan şərtləri ödəyib. Yük daşımalarını həyata keçirən sürücülərin imtahanında 41 nəfər iştirak edib, onlardan 22-si uğur qazanıb. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üzrə imtahanı isə 28 namizəd verib və 17 nəfər müvəffəqiyyət qazanıb.
Doğru.az qeyd edir ki, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 22-23-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.
DOĞRU.AZ