image-n1karobka_ads
image-123
image-17617272083895333999_1200x630backend

Şuşa 2026-cı ildə İƏT-in Turizm paytaxtı olacaq

image-ad_qayo_720x110px

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə son illərdə əməkdaşlığı daha da gücləndirib. 2023-cü ildə ölkəmiz təşkilatın Regional Planlaşdırma Şurasının turizm sessiyalarına rəhbərlik edib və bu çərçivədə bir sıra beynəlxalq tədbirlər keçirilib.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev Şəkidə keçirilən İƏT-ə üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun birinci iclasında jurnalistlərə açıqlamasında bildirib.

Kənan Əliyevin sözlərinə görə, 2023-cü ilin oktyabrında Bakıda İƏT-ə üzv ölkələrin turizm institutlarının ilk görüşü baş tutub və Bakı bəyannaməsi qəbul olunub. Həmin sənədlə turizm təhsil şəbəkəsinin əsası qoyulub. Bundan əlavə, 2024-cü ilin may ayında üzv ölkələrin turizm operatorlarının ilk forumu keçirilib və sənaye nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaradılıb.

Agentliyin rəsmisi qeyd edib ki, 2023-cü ilin oktyabrında İranın Ərdəbil şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin görüşündə Şuşa şəhəri 2026-cı il üçün İƏT-in Turizm paytaxtı elan edilib. Artıq Azərbaycan hökuməti tərəfindən bu münasibətlə silsilə tədbirlər planı təsdiqlənib.

“Gələn il Şuşada İƏT-ə üzv ölkələrin sənaye subyektlərinin və media nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda tədbirlər keçiriləcək. Ümumilikdə, Azərbaycan təşkilatla sıx əməkdaşlıq edir və regionun turizm potensialının tanıdılmasına töhfə verir,” – deyə Kənan Əliyev vurğulayıb.

Mənbə AZƏRTAC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki