Tacikistanın Xatlon vilayətinin Kulyab şəhərində yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər ölüb.
Bu barədə TASS Respublika Prezidenti yanında Fövqəladə Hallar Komitəsinə istinadən xəbər verir.
“On vətəndaş ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib”, – mənbə bildirib.
Əyləc nasazlığı səbəbindən yük maşını evlərə və digər avtomobillərə çırpılıb.
Bundan əvvəl xəbər verilirdi ki, hüquq-mühafizə orqanları Moskvada yeddi yaşlı uşağı vuraraq hadisə yerindən qaçan “Skoda” markalı avtomobilin sürücüsünü saxlamağa nail olublar.
Mənbə: TASS