image-n1karobka_ads
image-123
image-1758536648_photo_291961backend

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

image-ad_qayo_720x110px

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 21-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri, beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyəti operatorlarının məsul şəxsləri və beynəlxalq yükdaşıma sürücüləri üçün növbəti test imtahanını təşkil edəcək.

Doğru.az xəbər verir ki, imtahanda iştirak etmək üçün namizədlər DİM-in “Şəxsi kabinet” yaratmalı və sentyabrın 29-dan oktyabrın 10-u saat 12:00-dək müvafiq qeydiyyatı tamamlamalıdırlar. İmtahan ödənişlidir və qeydiyyatdan keçib iştirak etməyənlərin ödənişi geri qaytarılmır.

Test imtahanları Bakıdakı DİM-in elektron imtahanlar korpusunda, eləcə də taksi sürücüləri üçün Gəncə və Bərdə regional bölmələrdə kompüter vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahana 3-4 gün qalmış DİM-in saytından çap edə bilərlər.

İmtahan müddəti 1 saat olacaq:

Taksi sürücüləri üçün 20 test tapşırığı (etik davranış və normativ-hüquqi aktlar)

Beynəlxalq sərnişin və yükdaşıma operatorlarının məsul şəxsləri və sürücüləri üçün 25 test tapşırığı (peşəkarlıq səriştəsi)

Qiymətləndirmə:

10 və daha çox bal toplamış taksi sürücüləri

15 və daha çox bal toplamış beynəlxalq operator və sürücülər imtahanı müvəffəqiyyətlə verən hesab olunur.

Müvəffəq olanlara müvafiq şəhadətnamələr təqdim ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki