Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam oğlu Orucov uzunsürən xəstəlikdən sonra 68 yaşında Moskva şəhərində vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Vidadi Orucov 1957-ci ildə Göygöy rayonunda anadan olub.
Qeyd edək ki, mərhum əslən Böyük Vedi Vedibasar bölgəsindən idi.
O, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə işləmişdi. Polkovnik rütbəsində təqaüdə çıxmışdı.
Mərhum Rusiyada soydaşlarımız arasında öz xeyirxah əməlləri ilə böyük nüfuza sahib olub.
Mərhum Göygöl rayonunda dəfn olunub.
Allah rəhmət eləsin!





























