image-n1karobka_ads
image-123
image-17200758032771656503_1200x630backend

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb – 2 milyon tondan çox məhsul yığılıb – FOTO

Taxıl sahələrində biçin prosesi davam edir. Sahələrdən 2 milyon tondan artıq məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyinin taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan Doğru.az-a verilən məlumatına görə, iyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb. Mexanizatorlar tərəfindən 635 min 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30 min 844 hektar artıqdır.

Arpa sahələrinin 86,4 faizində, buğda sahələrinin isə 45,7 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/hektar təşkil edir.

Zəmilərdən bu günədək 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 min 158 tonu buğdadır.

Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunlardan 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.

Respublikada biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

DOĞRU.AZ

image-17200758031492446187_1200x630 image-1720075803112362735_1200x630 image-17200758034735855886_1200x630 image-1720075803974552387_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki