Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri işdən çıxarılıb.
Doğru.az xəbər verir ki, müvafiq əmrlə Elşad Məmmədli sözügedən vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elşad Məmmədli 2024-cü ilin fevral ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə müşavir təyin olunmuşdu.
Vüqar Qurbanov işdən çıxarıldıqdan sonra onun ən yaxın adamı sayılan Elşad Məmmədli də öz ərizəsi ilə vəzifəsindən gedib./qaynarinfo/
DOĞRU.AZ


























