İranın Neft Nazirliyi bildirib ki, Tehran neft emalı zavodu İsrail tərəfindən vurulmayıb və normal işləyir.
SNN departamentin bəyanatından sitat gətirib : “Tehran neft emalı zavodunun fəaliyyəti fasiləsiz və qrafikə tam uyğun olaraq davam edir”.
Qeyd olunur ki, zavodda yanğınla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil – yanğın müəssisədən kənarda olan yanacaq çənində baş verib.
Nazirlik yanacağın istehsalı, təchizatı və paylanması prosesində heç bir qanun pozuntusunun olmadığını vurğulayıb.
Bundan əvvəl Al Masirah xəbər vermişdi ki, Tehran neft emalı zavodu fasiləsiz fəaliyyətini davam etdirir.
DOĞRU.AZ