image-2000x150px
image-123
image-ads_atlas
image-c130f0ea722bd63b3a26965a0ba87adcbackend

Tərtər çayında anası ilə birlikdə batan şəxsin meyiti tapılıb

image-728x90px

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

Qarabağ bürosunun məlumatına görə, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti həmin gün Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki