Polis Ostindəki Tesla Gigafactory-nin əməkdaşlarını ərazidə atəş açması xəbərindən sonra təxliyə edib.
Bu barədə “Mirror” məlumat yayıb.
Qeyd olunur ki, İlon Maskın Texas müəssisəsinin işçiləri zavodun ərazisində başlanmış atışma ilə bağlı xəbərdarlıq edən kütləvi elektron məktublar alıblar. Lakin gələn polis hadisədən əsər-əlamət aşkar etməyib.
“Texasdakı Giga zavodunda 35Z sütununun yaxınlığında bir təcavüzkar var. Lütfən gizlədin və əlavə təfərrüatları gözləyin”, – deyə şirkət əməkdaşlarının aldığı məktublarda deyilir.
Polis tezliklə işçilərin işlərinə qayıtmasına icazə verdi və bitişik yolu yenidən nəqliyyatın hərəkəti üçün açıb.
“Binanın təmizlənməsi zamanı atəş səsləri eşidilməyib, tələfat olmayıb. Hazırda atıcıya işarə edəcək heç nə yoxdur”, – deyə polis bildirib.
İlon Maskın özü hələ baş verənlərə münasibət bildirməyib.
Mənbə: Haber Global