image-n1karobka_ads
image-123
image-tesla_cybertruckbackend

Tesla və Samsung əməkdaşlığı – Yeni nəsil çiplər gəlir

image-ad_qayo_720x110px

Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Mask bildirib ki, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” Tesla-nın növbəti nəsil AI6 süni intellekt çiplərinin istehsalında iştirak edəcək.

Doğru.az xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, “Samsung”un Texasda yerləşən iri zavodu məhz Tesla üçün AI6 çiplərinin istehsalına həsr olunacaq.

Qeyd edək ki, bu əməkdaşlıq süni intellekt sahəsində Tesla-nın texnoloji imkanlarını daha da genişləndirməyə yönəlib.

Xatırladaq ki, daha əvvəl “Reuters” “Samsung Electronics”in mənfəətində 39% azalma proqnozlaşdırıldığını yazmışdı.

Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlamasında bildirib ki, münaqişəli şəraitdə belə, İlon Maskın biznesinin dağıdılmasına yol verməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki