Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyin onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.
Doğru.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov erməni rəqibi Levon Aronyana qalib gəlib.
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.
Turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır.
Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

























