image-n1karobka_ads
image-123
image-686a79b1ae5ac9041a61ecdbbackend

TON Fondu BƏƏ-də Qızıl Viza Proqramı istifadəyə verib

Toncoin sahibləri artıq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “qızıl viza” almaq imkanına malik olacaqlar.

Doğru.az xəbər verir ki, TON Fondu kriptovalyuta sahibləri üçün yeni viza proqramının başladığını açıqlayıb. Proqrama əsasən, üç il müddətinə 100.000 ABŞ dolları həcmində investisiya yatıran və 35.000 dollar komissiya ödəyən şəxslər BƏƏ-nin qızıl vizasını əldə edə biləcəklər.

Şirkət bu təşəbbüsün BƏƏ-nin mövcud Qızıl Viza proqramına alternativ olduğunu bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Qazaxıstan da investorlar üçün “qızıl viza” proqramını tətbiq etdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki