image-ads_n1karobka_mobile
image-bez-nazvaniya-1backend

Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var 

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Ölən şəxs Tovuz rayon sakini, 2011-ci il təvəllüdlü Fərid Mustafayevdir. Xəsarət alanlar isə onun dayısı, “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Müşfiq İsazadə, “Mercedes” markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Əliyev və onun sərnişini Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü Elçin Alsanovdur.

Onlardan M.İslamzadənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki