image-2000x150px
image-123
image-ads_atlas
image-2021-12-13-10-10-17zwbajvqguj7ugbuarnc1_filebackend

Toyuq ətinin qiyməti dəyişməyib, bəs dönər niyə bahalaşıb? – AÇIQLAMA 

image-728x90px

Çox sevilən, həm də çox yeyilən dönərin qiyməti bahalaşıb.

Belə ki, qiymətdə olan dəyişiklik son bir neçə gündür ki, hiss olunur.

“Xəzər Xəbər”in məlumatına görə, paytaxtın mərkəzi olmayan məkanlarında belə qiymət fərqi hiss olunacaq dərəcədədir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli məsələyə mənasıbət bildirib.

“Sadəcə, orta və ali məktəblərin açılması ilə dönərə tələbat artıb. İşbazlar da bundan istifadə edərək, toyuq əti dönərlərinin qiymətini artırıblar. Yəni, yerli məhsullarda qiymət artımı yoxdur. Biz gündəlik buna nəzarət edirik”, – deyə sədr qeyd edib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki