ABŞ prezidenti Donald Tramp yanvarın 8-də, cümə axşamı günü ABŞ kəşfiyyatının hesabatını dinləyəcək.
Doğru.az xəbər verir ki, RİA Novosti bu məlumatı Amerika liderinin Ağ Ev tərəfindən açıqlanan rəsmi iş cədvəlinə istinadən yayıb. Məlumata görə, Tramp kəşfiyyat hesabatını Moskva vaxtı ilə saat 19:00-da Oval Ofisdə dinləyəcək.
Qeyd edək ki, daha əvvəl Respublikaçı senator Lindsi Qraham* Trampın Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanunvericiliyə yaşıl işıq yandırdığını açıqlamışdı.
DOĞRU.AZ




























