“Politico” ABŞ rəsmisinə istinadən xəbər verir ki, Tramp administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezdən ABŞ maraqları naminə bir sıra addımlar atmağı tələb edib.
Doğru.az xəbər verir ki, ABŞ rəsmiləri Rodrigesdən narkotik qaçaqmalçılığına qarşı tədbirlərin gücləndirilməsini, Vaşinqtona düşmən ölkələrin və şəbəkələrin agentlərinin ölkədən çıxarılmasını və ABŞ rəqiblərinə neft satışının dayandırılmasını gözləyir.
ABŞ Prezidenti Donald Tramp isə müsahibəsində bildirib ki, ABŞ Venesuela ilə müharibə vəziyyətində deyil və yaxın 30 gün ərzində ölkədə seçkilər keçiriləcək deyil. O, özünü Venesuelanın idarə olunmasında əsas fiqur kimi təqdim edib.
DOĞRU.AZ




























