ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə danışdıqdan sonra Alyaskada Rusiya prezidenti Vladimir Putinlə çəkilmiş fotosunu yayımlayıb.
Doğru.az xəbər verir ki, Trampın “Truth Social” sosial şəbəkəsində paylaşdığı ilk fotoda o və Putin bombardmançı və qırıcı təyyarələrin uçuşuna baxarkən görüntülənib. İkinci fotoda isə həmin təyyarələrin özü əks olunub. ABŞ prezidenti fotolara heç bir şərh yazmayıb.
Xatırladaq ki, Bild qəzeti daha əvvəl yazmışdı: Avropa liderləri Trampla söhbətdən sonra onun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcəyini düşünürlər. Nəşr qeyd edib ki, tərəflər arasında “isti söhbət” baş tutsa da, görüşdən sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” yaranıb.
DOĞRU.AZ