image-n1karobka_ads
image-123
image-694a48d1ae5ac978a074958abackend

Tramp Baydeni Ukraynaya görə sərt tənqid etdi

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp ölkənin keçmiş prezidenti Co Baydenin siyasətini sərt tənqid edərək, Ukraynaya dəstək məqsədilə həddindən artıq büdcə vəsaiti xərclədiyini bildirib.

Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, Tramp əvvəlki administrasiyanın xarici münaqişələrin maliyyələşdirilməsində lazımsız israfçılığa yol verdiyini iddia edib.

Floridadakı Mar-a-Lago malikanəsində çıxış edən ABŞ prezidenti vurğulayıb ki, Bayden administrasiyasının bu yanaşması milli büdcəyə ciddi zərər vurub. Tramp çıxışı zamanı Baydeni sərt ifadələrlə tənqid edib:

“Biz Bayden kimi pul itirmirik. O, axmaq idi. O, axmaq idi”, – deyə Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl “Politico” Avropa liderlərinin dondurulmuş Rusiya aktivlərini tam şəkildə müsadirə etmək ideyasından imtina etməsinin Ukraynada narazılıq yaratdığını yazmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki