ABŞ hökuməti Çindən gələn mallara tətbiq olunan rüsumları azalda bilər, lakin bunun üçün Pekin bir sıra şərtləri yerinə yetirməlidir.
Doğru.az xəbər verir ki, bu barədə ABŞ Baş naziri Donald Tramp açıqlama verib. O bildirib ki, Çin rüsumların azaldılması üçün ilk növbədə ABŞ-dan əvvəlki həcmlərdə soya alışını bərpa etməlidir.
Tramp əlavə edib ki, Vaşinqton həmçinin nadir torpaq metalları ilə bağlı Çinin mövqeyini dəyişməyə çalışır:
> “Mən onların bizimlə nadir torpaq metalları oyunları oynamasını istəmirəm”, – deyə ABŞ lideri vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, Çin həm də sintetik opioid olan fentanilin ABŞ-a qaçaqmalçılığı ilə mübarizə sahəsində yetərli addımlar atmır.
Bundan əvvəl Çin Ticarət Nazirliyi bəyan edib ki, ABŞ tarif siyasətində israr edərsə, Pekin öz iqtisadi maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.
DOĞRU.AZ