ABŞ prezidenti Donald Tramp Çindən gələn poçt göndərişlərinə tətbiq edilən tarifləri 120%-dən 54%-ə endirmək barədə sərəncam imzalayıb.
Ağ Evin saytında dərc olunan sənədə görə, dəyişikliklər ABŞ-ın Şərqi Sahil vaxtı ilə mayın 14-də saat 00:01-də (Moskva vaxtı ilə 07:01) qüvvəyə minəcək. Bununla belə, hər göndərmə üçün minimum rüsum hələ də 100 dollar olacaq.
Bundan əvvəl ABŞ və Çinin İsveçrədə danışıqlar zamanı ticarət-iqtisadi məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəldiyi bildirilib.
Daha sonra Çinin Amerika mallarına tətbiq etdiyi tariflərin əksəriyyətini azaldacağı açıqlandı.
DOĞRU.AZ